İDMANIN OYUN NÖVLƏRİ İLƏ MƏŞĞUL OLAN İDMANÇILARDA FİZİKİ KEYFİYYƏTLƏRİNİN İNKİŞAFININ TƏDQİQİ
B.Kh. Xalilov,Kh.E. Mamedova,S.P. Safarova
Abstract
Məqalədə idman oyun növləri ilə məşğul olan idmançılarda hərəkət keyfiyyətlərinin inkişafının fizioloji əsasları araşdırılmış və onların ehtiyat imkanlarının elmi – nəzəri əsasları təsfir olunmuşdur. Hərəkət keyfiyyətlərinin növləri və onların icra keyfiyyətləri bu məqalədə xarakterizə olunur. İdman oyun növləri ilə məşğul olan idmançıların (futbol, basketbol, voleybol, həndbol, tennis) hərəkət keyfiyyətlərinin inkişafının tədqiq olunması onların idman formasını qazanması üçün çox böyük bir ehtiyat mənbəyidir. Çünki bu idmançılarda əzələ qüvvəsi, sürət, dözümlülük, cəldlik, çeviklik və əyirgənlik kimi hərəkət keyfiyyətlərini inkişaf etdirir. Tədqiq olunan sahə ilk növbədə onlarda fəal oyun fəaliyyətini təmin edir.
